“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Azərbaycan Texnologiya Universiteti regionda texnoloji və sənaye yönümlü ali təhsilin əsas mərkəzlərindən biri kimi formalaşmışdır. Fəaliyyəti dövründə minlərlə yüksəkixtisaslı mütəxəssis hazırlayaraq ölkənin iqtisadi inkişafına töhfə vermişdir.


Universitet müasir laboratoriyalar, təcrübə bazaları və innovativ tədris metodları ilə tələbələrin həm nəzəri, həm də praktik biliklərini inkişaf etdirməyə geniş imkanlar yaradır. 


Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Azərbaycan Texnologiya Universiteti regionda əmək bazarı tələbatına cavab verən qida, toxuculuq və yüngül sənaye, turizm, logistika, metallurgiya, İKT sahələri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını həyata keçirən ali təhsil müəssisəsidir. 


Azərbaycan Texnologiya Universitetinin Həmkarlar İttifaqı Komitəsi (HİK) əməkdaşların və tələbələrin sosial-iqtisadi hüquqlarının qorunması, onların rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən ictimai qurumdur.


Universitet elmi-tədqiqat fəaliyyətinə xüsusi önəm verir, tətbiqi və innovativ layihələr vasitəsilə regionun sosial-iqtisadi inkişafına töhfə göstərir. 


Tələbəyönümlü təhsil strategiyası əsasında universitet gənclərin hərtərəfli inkişafını, liderlik bacarıqlarının formalaşmasını və rəqabətədavamlı kadr kimi yetişməsini əsas prioritet kimi müəyyən etmişdir.

icon

Missiyamız

Elmi-texnoloji inkişafda bilik və bacarıqların sərhədlərini genişləndirərək sənaye və cəmiyyət üçün innovativ, rəqabətədavamlı və peşəkar mütəxəssis hazırlığına nail olmaq.

Hədəflərimiz: